Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlandı
26.07.10 16:26

Ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib. II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizə təsdiq etdirib. Onlardan 27395 nəfəri imtahanda iştirak edib. II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: Üümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər. II ixtisas qrupu üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilər.
URL / WWW
http://kelam.az/news/a-1553.html