Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə noyabrın 11-də yola düşəcəklər
09.11.09 22:00

Azərbaycandan Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar Məkkəyə Bakıdan noyabrın 11-də yola düşəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qafqaz Müsəlmanları İdarəsindən veriblər. Zəvvarlar noyabrın 11-də saat 22.00-da Azadlıq meydanından yola salınacaqlar. Zəvvarları Həccə aparacaq 20-dən artıq avtobus Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniya ərazisindən keçməklə Səudiyyə Ərəbistanı Krallığı marşurutu ilə hərəkət edəcək. Təyyarə ilə Həccə gedən zəvvarlar isə gələn həftə yola düşmələri planlaşdırılıb. Qeyd edək ki, bu il Həcc ziyarətinə getmək üçün Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana 2000 kevota ayırıb. Xatırladaq ki, bu il Qurban bayramı noyabrın 27-də qeyd olunacaq.
URL / WWW
http://kelam.az/news/a-155.html