Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Üzeyir Hacıbəylinin əsəri beynəlxalq festivalda nümayiş olunub
21.07.10 17:25

Türkiyənin İstanbul şəhərində İstanbulun cari il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. Tədbirdə “Koroğlu” opreası da təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türk xalqlarının mədəniyyət və yaşamını özündə əks etdirməsidir. Beynəlxalq Koroğlu Operası layihəsi TÜRKSOY-a üzv olan 6 ölkədən, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstanın 250 sənətçisinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələnib. Bu il türk dilində səsləndiriləcək Koroğlu operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Xor Kapellasının artistləri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri təmsil edəcəklər.
URL / WWW
http://kelam.az/news/a-1536.html