Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əmək qanunvericiliyi ilə bağlı 5031 qanun pozuntusu aşkar olunub
21.07.10 15:39

Cari ilin ilk 6 ayı ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 1561 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 5031 qanun pozuntusu aşkar olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında bildirilib. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara ticarət və ictimai iaşədə (1532), sənayedə (862), mənzil-kommunal və xidmətdə (429), elm, təhsil, mədəniyyətdə (547), tikintidə (359) daha çox rast gəlinib.Hesabat dövründə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətalara görə işəgötürənlər 302 600 manat məbləğində cərimə olunublar. Vətəndaşlardan daxil olmuş 1368 ərizə araşdırılıb və nəticədə onlara 5 742841 manat gecikdirilmiş ödənclərin ödənilməsi, işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyən edilmiş 34 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub. Sözügedən müddət ərzində istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölüb və 77 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhlili göstərir ki, bu cür hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş verir.
URL / WWW
http://kelam.az/news/a-1535.html