Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək
09.11.09 22:00

Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı (İKT) Baş katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçirəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xaric İşlər Nazirliyindən veriblər. Konfransda İKT-nn Baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200 yaxın xarici və yerli elm xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir sıra ölkələrin yüksək səviyyəli dövlət məmurlarının iştirakı nəzərdə tutulub. Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaq. Konfransın ikinci günü Diplomatik Akademiya tərəfindən təşkil olunmuş xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi “Etiqadlararası dialoqa dair” mövzulu “ADA Məclisi” televiziya ictimai forum keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-153.html