Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK sədri: “IV qrup üzrə 15 348 abituriyent ərizə təqdim edib”
16.07.10 19:22

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı növbəti həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə konfransda sabah IV ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları barədə məlumat verib.O, bildirib ki, bu qrup üzrə 15 348 nəfər ərizə təqdim edib. “Bunlardan 14173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək. İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunacaq, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib”,-deyən TQDK sədri bu qrup üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlərin iyulun 11-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “imtahana buraxılış vərəqəsi”ni çap edib götürdüklərini bildirib. Onun sözlərinə görə, sabah imtahan olmasına baxmayaraq hələ 800-dən çox abituriyent buraxılış vərəqələrini götürməyib.
URL / WWW
http://kelam.az/news/a-1515.html