Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda A(H1N1) virusuna yoluxan daha 8 nəfərdən biri xaricdə yoluxub gələn əcnəbi vətəndaşdır
09.11.09 21:59

Azərbaycanda A(H1N1) virusuna daha 8 nəfər yoluxub. Bunlardan biri isə bu günlərdə ölkəmizə yoluxub gələn İngiltərə vətəndaşıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Xəstələrdən digər üçü Ukraynadan, biri Türkiyədən yoluxub gəlmiş Azərbaycan vətəndaşlarıdır. Üçü isə əvvəl Ukraynadan yoluxub gəlmiş xəstələrlə təmas nəticəsində yoluxan Bakı şəhər sakinləridir. Qeyd edək ki, yoluxan 8 nəfərdən ikisi Ağciyər Xəstəlikləri İnstitutunda, digərləri isə ev şəraitində ciddi şəkildə müalicə alırlar. Xatırladaq ki, Ağçiyər Xəstəlikləri İnstitutunda əvvəlcədən müalicə alan iki nəfərdən biri Kürdəmir şəhər sakini müalicə olunaraq artıq evə buraxılıb.
URL / WWW
http://kelam.az/news/a-147.html