Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Oslodo ATƏT PA-nın illik sessiyası keçirilir
06.07.10 19:19

Bu gün Norveçin paytaxtı Oslodo ATƏT-in Parlament Assambleyasının XIX-cu illik sessiyası keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. Sessiyanın işinə 56 dövlətdən 300-dən çox nümayəndə qatılıb. Sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın sədri Joao Soareşin, baş katib Spenser Oliverin məruzələri dinləniləcək. Təşkilata üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-1437.html