Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İstanbulda “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumu keçirilir
30.06.10 19:02

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak etmək üçün İstanbulda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-in mətbuat xidmətindən veriblər. Tədbirdə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, gələcək nəsillərin sağlam böyüməsi üçün görülən tədbirlər, bu sahədə parlamentlərin rolu, informasiya, təcrübə mübadiləsi və digər məsələlər ətrafında diskussiyalar aparılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində görülən işlər barədə məlumat verəcək. Səfər iyulun 1-də başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-1399.html