Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Büllur su” əmtəə nişanlı qablaşdırılmış içməli suların istehsalı dayandırılıb
29.06.10 17:17

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi əməkdaşlarının keçirdikləri monitorinq zamanı fiziki şəxs Nizaməddin Zərgərə məxsus istehsal müəssisəsində qanun pozuntuları aşkar edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər. Müəyyən olunub ki, müəssisədə istehsal olunan “Büllur su” əmtəə nişanlı qablaşdırılmış içməli sular təsdiq olunmuş texnoloji təlimat olmadan hazırlanır, suyun mənbəyi və istifadəsinə icazə barədə zəruri sənədlər mövcud deyil, istehsal olunan məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmamışdır. Araşdırma zamanı həmçinin müəyyən olunub ki, istehsalçı alıcıları çaşdırmaq məqsədilə məhsulun üzərində normativ sənədin adını düzgün göstərməmişdir. Məhsul AZS 282-2007 “Qablaşdırılmış içməli su” standartı əsasında hazırlanmasına baxmayaraq, etiketdə AZS 216-2006 “İçməli təbii mineral sular” göstərilmişdir. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib olunaraq məhsul istehsalı dayandırılıb.
URL / WWW
http://kelam.az/news/a-1390.html