Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AMEA-nın sabiq prezidenti Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
06.11.09 23:46

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində geologiya-mineralogiya elmləri doktoru, professor, akademiyanın sabiq prezidenti, Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov M.Əliyevin elmi fəaliyyəti haqqında məlumat verib. M. Əliyevin XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan böyük şəxsiyyətlərdən biri olduğunu söyləyən M.Kərimov XX əsr və müasir Azərbaycan geologiya elminin əksər uğurlarının və elmi kadr potensialının məhz akademikin adı ilə bağlı olduğunu bildirib. Sonra alimin həyat və fəaliyyətindən bəhs edilən film nümayiş etdiriib. Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə də M.Əliyevin həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Azərbaycanda paleontologiya biostratiqrafiya üzrə görkəmli mütəxəssis olan, 40 elmlər doktoru və namizəd hazırlayan, 200-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi olan akademik Musa Əliyevin Şamaxı astrofizika rəsədxanasının yaradılmasında da müstəsna xidmətləri olduğunu söyləyən A.Əlizadə alimin Azərbaycanda mezazoy faunasının sistemli öyrənilməsinin banisi kimi tarixi iz açdığını vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-139.html