Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib
25.06.10 19:33

Prezident İlham Əliyev bu gün Lənkəran rayonuna səfər edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Ölkə başçısı Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter alıb. Ölkə başçısına məlumat verilib ki, zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti var. İtaliyanın məşhur “Podovan” şirkətinin istehsalı olan müasir avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilib. Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaq. Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxıb, istehsal sahələrində prosesi izləyib. Soyuducu anbarını da gəzən prezident İlham Əliyev burada qablaşdırma prosesini izləyib. Zavodun açılışından sonra dövlət başçısı ictimaiyyətlə görüşüb.
URL / WWW
http://kelam.az/news/a-1387.html