Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Lənkəranda çay fabrikinin açılışında iştirak edib
25.06.10 19:33

Bu gün prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış olub. Ölkə başçısına məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılıb. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu da ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlə təmin olunacaq. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxıb. O, burada qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izləyib, fabrikdə hazırlanan məhsulların nümunələrinə baxıb. Qeyd olunub ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaq. İlkin mərhələdə çay iki adda – “İmperial” və “Lənkəran” adı ilə bazara çıxarılacaq. Prezident İlham Əliyev kollektivi təbrik edib, tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/news/a-1386.html