Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və onu müşayiət edən şəxslər Heydər Əliyev Fondunda olublar
25.06.10 19:33

Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və onu müşayiət edən şəxslər bu gün Heydər Əliyev Fondunda olub. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun tarixi və məqsədləri barədə məlumat verilib. Bildirilib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Qeyd edilib ki, bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Qonaqlar görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə baxıblar. Fondla tanışlıqdan sonra Əhməd Məhəmməd Əli xatirə kitabına ürək sözlərini yazıb. Qonaq Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə filmə baxıb. Əhməd Məhəmməd Əliyə Fondun nəşri olan “Muğam aləmi” musiqi albomu hədiyyə edilib.
URL / WWW
http://kelam.az/news/a-1376.html