Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda NANO Texnologiyası üzrə beynəlxalq konfrans keçirilib
05.11.09 21:46

Bu gün Bakıda “BakuTel-2009” Beynəlxalq Sərgi və Konfransı çərçivəsində NANO Texnologiyası üzrə beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa sədrlik edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yeni Texnologiyalar Mərkəzinin direktoru Sevda Abdullayeva bu texnologiyanın son dövrlər ölkəmizdə tətbiqinin sürətlənməsindən danışıb. S.Abdullayeva müasir dövrdə bu sahədə kəşflərini Azərbaycana gələrək ilk təqdim edən yaponiyalı alim Yoşikazu Nokoyamanı konfrans iştirakçılarına təqdim edib. Yaponiya Osaka Universitetinin Mexaniki Mühəndislik Departamentinin professoru Yoşikazu Nokoyama geniş mühazirə ilə çıxış edərək bu sahədə hazırladığı iki layihəni iştirakçılara təqdim edib. O qeyd edib ki, bunlar NANO karbon materiallarının manipulyasiyası və Tətbiqetmə texnologiyasının inkişafı haqqında olan layihələrdir. Y.Nokoyama insan sümüklərinin bərpası üzərində layihəsi haqqında geniş izahat verib və bu layihələrin Yaponiyanın elmi-tədqiqat mərkəzi tərəfindən təsdiqləndiyini bildirib. Konfransda həmçinin Yaponiyanın digər mütəxəssisləri və Türkiyənin alim və mütəxəssisləri iştirak ediblər. Xatırladaq ki, “Nanotexnologiya” termini ilk dəfə olaraq 1974 -cü ildə Norio Taniquti tərəfindən işlədilib. Lakin ondan da əvvəl 1959-cu ildə Riçard Feynman özünün “Aşağıda yer çoxdur” adlı məqaləsində nanotexnoloji metodlar haqqında məlumat verib. O, təklif edib ki, öz kiçik surətini yaradan mexanizm qurulsun. Yaradılmış mexanizm adekvat hərəkəti davam etdirsin və nəticədə həmin surətlər bir atomun ölçüsündə olsun. Sonra həmin mexanizm ayrı-ayrı atomlardan öz surətlərini toplayaraq makroəşyalar yaratsın. Bütün bunları deməklə R.Feynman bir məqsəd güdüb, insan əməyi az sərf olunsun, istehsalatın həcmi isə sürətlə artsın. Belə ki, keçən əsrin ortalarında hələ bu termin yaranmayan vaxtlarda azərbaycanlı görkəmli neftçi alim Ələkbər Bağır oğlu Süleymanov ölkəmizdə və dünyada nano texnologuyanını əsasını qoyub. Neftin quyudan hasil edilməsi üçün quyudibi zonadakı borunu perforator vasitəsilə güllə vurub deşirlər və bu zaman neft borunun içinə daxil olur, amma bu zaman borular sistemi - qoruyucu kalon zedelenir çatlayır . Buna görə də Ələkbər Süleymanov bele bir üsul təklif edib: lazim olan dərinlikdə yerləşən borunu hələ quyuya salmamışdan öncə yerin üzərində deşik açıb, bu deşiyi nano ölçüdə olan Zn (sink) ovuntuları doldurub vasitəsilə pərçimlə bağlayırlar. Sement daşına (axi quyudaki borulari kip oturtmaq üçün sementləyirlər) isə Zn ovuntulardan salırlar və quyunun kipliyini yoxlayandan sonra quyuya nəql olunmuş boruya lazım olan miqdarda turşu tökürlər və turşu Zn həll eləyib həm boruda dəliklər açır həm də sement daşinda məsamələr yaradır.
URL / WWW
http://kelam.az/news/a-136.html