Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DQMK-da 100 nәfәr ehtiyat kadr var
23.06.10 17:15

Hazırda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) 100 nəfər ehtiyat kadr var. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQMK-nin sәdri Bəhram Xəlilov söyləyib. Hәmin kadrlarla daimi iş apardıqlarını vurğulayan B.Xəlilov bildirib ki, onlar barəsində kiçik rezumelər hazırlanaraq ixtisasları üzrə dövlət komitələrinə təqdim olunur. O, indiyə kimi eһtiyat kadrların 60 faizinin yerləşdirildiyini də qeyd edib. B.Xəlilov əlavə edib ki, dövlət proqramı əsasında xaricdə təhsil alan gənc dövlət orqanında müsabiqədən kənar işlə təmin olunur və bu günə qədər 5 nəfər ixtisas üzrə dövlət orqanlarına yerləşdirilib. Dövlət qulluqçularının reyestrinə 8000-dək dövlət qulluqçusu haqqında məlumatın daxil olunduğunu söyləyən B.Xəlilov hazırda bu reyestrin proqram təminatının yeniləşdirilməsi üzərində də iş aparıldığını vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-1350.html