Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADP sədri ATƏT-in Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüşüb
23.06.10 17:15

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyasının nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADP-dan veriblər. Görüşdə ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyi və ona edilən son əlavə və dəyişikliklər müzakirə predmeti olub. Müzakirələrdə qarşıdan gələn parlament seçkilərinin azad, ədalətli və bərabər şəkildə keçirilməsinin Azərbaycanın milli maraqları, demokratiyanın inkişafı və ölkəmizin Avropa məkanına inteqrasiyası baxımından zəruriliyi vurğulanıb. Görüşdə həmçinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.
URL / WWW
http://kelam.az/news/a-1348.html