Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Komitə sədri: “Qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması üçün donorların yardımına ehtiyac var”
18.06.10 19:20

Ermənistan işğalı nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın hələ də həll olunmalı xeyli problemləri var. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Bakıda 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu problemlərin həlli üçün hazırda səhiyyə, təhsil, reabilitasiya, inkişaf və digər sosial proqramların həyata keçirilməsinə ehtiyac var. Bu günə kimi 300 min iş qabiliyyəti olan məcburi köçkünün 100 mininin işlə təmin olunduğunu diqqtə çatdıran Ə.Həsənov yeni iş yerlərinin açılmasına ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, sözügedən problemlərin aradan qaldırılması üçün beynəlxalq donor təşkilatları müvafiq layihələrin həyata keçirilməsinə yardım etməlidirlər. Ə.Həsənov əlavə edib ki, Azərbaycan hökuməti beynəxalq təşkilatların burada fəaliyyəti üçün hər cür şərait yaradıb və bundan sonra da yaradacaq.
URL / WWW
http://kelam.az/news/a-1321.html