Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilib
11.06.10 20:51

Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur. Belə ki, sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətdiyinə və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəldiyinə, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 04 iyun 2010-cu il tarixli əmrlə Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilib.
URL / WWW
http://kelam.az/news/a-1303.html