Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu” ilə bağlı dinləmələr keçirilir
07.06.10 20:01

Bu gün Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu” ilə bağlı dinləmələr keçirilir. KƏLAMİNFO xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcək. O, qeyd edib ki, qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasından müsbət rəy alınıb. Sənəd hazırlanarkən inkişaf etmiş ölkələrin qanunvericilik bazası və beynəlxalq təcrübə diqqətlə öyrənilib. Sonra Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov qanunun müddəalarını şərh edib. Müzakirələr davam edir.
URL / WWW
http://kelam.az/news/a-1271.html