Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xələf Xələfov Aşqabada yola düşüb
04.11.09 21:08

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabad şəhərinə yola düşüb. Bu barədə məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Məlumatda bildirilir ki, səfərin məqsədi Aşqabad şəhərində noyabrın 5-6-da keçiriləcək Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti görüşündə iştirak etməkdir. Qeyd edək ki, işçi qrupda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin rəhbərlik etdiyi ekspertlər təmsil olunurlar. İşçi qrup Xəzərin hüququ statusu ilə bağlı hazırlanan Konvensiya üzərində işi davam etdirirlər. Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti gələn ilin əvvəlində Bakıda keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-125.html