Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib
02.06.10 20:05

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİF-dən veriblər. Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net-Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, “Google” şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.Toplantıda ölkədə ADSL istifadəçilərinin sayı ilə bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi cavab müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da, internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli olan əsas informasiyanın-Provayderlərin istifadə etdikləri ATS-lərin resursları haqqında məlumatı verməkdən RİTN-nin imtina etməsi təəssüflə qarşılanıb. Provayderlərin ATS-lərdə istifadə etdikləri telefon xətlərinin sayı haqqında, xüsusilə dövlət ATS-lərində istifadə olunan xətlər haqqında məlumatın təqdim edilməməsi internet ictimaiyyəti tərəfindən internetin keyfiyyəti üzərində ictimai nəzarətin gerçəkləşdirilməsində RİTN-nin maraqlı olmaması kimi dəyərləndirilib. Milli İnternet Mükafatı ilə bağlı müsabiqənin keçirilməsi qaydalarında dəyişikliklər və əlavələr müzakirə edilərək qəbul edilib. Müsabiqənin daha ədalətli və şəffaf keçirilməsi məqsədilə münsiflər tərindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması, müsabiqədə qalib gələn resursun növbəti 3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi, müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi haqqında əsasnamədə dəyişikliklər edilib. Toplantıda son dövrlərdə “Google” şirkətinə məxsus internet resurslarda yer alan Azərbaycanla bağlı qeyri-dəqiq informasiyalar, Azərbaycana məxsus ərazilərin təhrif edilməsi müzakirə olunub.
URL / WWW
http://kelam.az/news/a-1238.html