Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MM-in vitse-spikeri parlament seçkilərində YAP-ın daha çox üstünlük əldə edəcəyini düşünür
01.06.10 19:23

Hər kəsin gücü nədirsə, parlament seçkilərində ona da nail olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən verib. B.Muradova parlament seçkilərində Yeni Azərbaycan Partiyasının daha çox üstünlük əldə edəcəyini düşündüyünü söyləyib. B.Muradova parlament seçkilərinə qədər seçki qanunvericiliyində dəyişikliklər edilməsinə də münasibət bildirib. "Hər zaman seçkilər ərəfəsində Azərbaycan parlamenti seçki qanunvericiliyinə nəzər salıb, ola bilər ki, bu dəfə də bu məsələ gündəliyə daxil edilsin",-deyə B.Muradova əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-1236.html