Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün məktəblərdə “Son zəng” tədbiri keçirilir
31.05.10 18:37

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində saat 10:00-dan başlayaraq üç saat müddətində “Son zəng” tədbiri keçirilir. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanovun “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmrinə əsasən tədbir yalnız ümumtəhsil müəssisələrinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib. Qeyd edək ki, “Son zəng” zamanı asayişi təmin etmək üçün polis gücləndirilmiş iş rejimində işləyəcək. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) məlumatına görə, bu gün Bakının bütün orta məktəbləri polisin nəzarətində olacaq. Səhər saat 08:00-dan axşam saat 22:00-dək paytaxt polisi bütün orta məktəbləri, park və meydanları nəzarətdə saxlayacaq. Xatırladaq ki, 2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI-XII) siniflərində 104037 şagird təhsil alır.
URL / WWW
http://kelam.az/news/a-1227.html