Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkə ərazisində yağışlı hava şəraiti sentyabrın 26-dək davam edəcək
19.10.09 14:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZADİNFORM-a verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq, 23-dən 24-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər və gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu gecə 16-18, gündüz 21-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 25-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 23-26 dərəcə isti olacaq. Sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18 m/s, axşam şimal-qərb küləyi 8-13 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 17-20, gündüz 24-27 dərəcə isti olacaq. Respublikanın raylnlarında sentyabrın 24-də arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında gecə və səhər intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-24, dağlarda gecə 4-9, gündüz 14-18 dərəcə isti təşkil edəcək. Sentyabrın 25-26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin sürəti 5-10 m/s olacaq, dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-28, dağlarda gecə 7-10, gündüz 15-20 dərəcə isti olacaq.
URL / WWW
http://kelam.az/news/a-12.html