Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin növbəti iclasında Azərbaycanın 2009-cu il dövlət büdcəsinin icrası müzakirə olunacaq
20.05.10 21:28

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda ”Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanda həyata keçirilmiş düşünülmüş siyasət tədbirləri nəticəsində ötən il əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat verib. Çıxış edən deputatlar və aidiyyatı nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar təkliflərini verib və sənədin Milli Məclisin mayın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.
URL / WWW
http://kelam.az/news/a-1174.html