Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan əhalisinin sayı 9 mln. nəfərə çatır
03.11.09 22:30

Azərbaycan əhalisinin sayı ilin əvvəlinə nisbətən 76 min nəfər artaraq 8 mln. 973 min nəfərə çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edib. Hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür. Cari ilin yanvar-sentyabr aylarında dünyaya gələn 109,5 min körpənin 54,1%-i oğlan, 45,9%-i qızlar olub. Doğulanların 1196-sı əkiz, 18-i üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfəri hesabı ilə doğulanların sayı 16,5-dən 16,6-ya qədər artıb, ölənlərin sayı isə 6,1-dən 6-a qədər azalıb. Bu dövrdə ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 8,2-yə qədər artıb, boşanmaların sayı eyni səviyyədə (0,9) qalıb.
URL / WWW
http://kelam.az/news/a-114.html