Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu günə qədər Liderlik Məktəbini 350-dək məzun bitirib
03.11.09 22:30

Ombudsmanın Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik Məktəbində tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun dəvət olunduğu tədbirdə məktəbin yetirmələri, valideynlər və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən V.Abbasov ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, uşaq və gənclərin təlim-tərbiyəsi, ahəngdar inkişafı və sağlamlığı problemlərinin həllinə dövlət tərəfindən mühüm əhəmiyyət verildiyi, uşaqların problemlərinin milli prioritetlər səviyyəsinə qaldırıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən çoxsaylı yeni məktəb binasının tikildiyi, təhsil, məktəbəqədər və sağlamlıq müəssisələri və uşaq evlərinin əsaslı təmir olunduğunu vurğulayıb. Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirən V.Abbasov uşaqlar üçün ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, E.Süleymanovanın yaratdığı Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu söyləyib. Qeyd edək ki, Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təmsil olunduğu bu məktəbi indiyədək 350-dək məzun bitirib.
URL / WWW
http://kelam.az/news/a-112.html