Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq
06.05.10 18:18

“Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Türkiyənin “Cihan” agentliyinə müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, viza rejiminin ləğvi məsələsini rəsmi Bakı müsbət qarşılayır və bütün bu məsələlər tezliklə həll olunacaq. "Hər iki ölkənin XİN-i bu istiqamətdə iş aparır və inanıram ki, yaxın vaxtlarda məsələ həll olunacaq",-Ə.Həsənov vurğulayıb. Ə.Həsənov Türkiyə ilə Rusiya arasında vizaların qaldarılması məsələsinə də münasibət bildirib. “Əgər Rusiya bunu istəyirsə, biz bunu daha çox istəyirik”,-deyə PA rəsmisi əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-1108.html