Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar” adlı monoqrafiya nəşr edilib
30.04.10 21:44

Müdafiə Mahmudovun “Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar” adlı monoqrafiyası nəşr edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, “Elm və Təhsil” Nəşriyyatı tərəfindən işıq üzü görən kitab Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyasına həsr olunub. Monoqrafiyada Bolonya prosesinin meydana gəlməsi tarixi, məqsədi, məzmunu, vəzifələri və digər məsələlər əks olunub, respublikamızın bu prosesə qoşulması ilə Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addımın atıldığı açıqlanıb. Bundan başqa, monoqrafiyada ölkəmizin intellektual potensialının gücləndirilməsi, Azərbaycanın Bolonya prosesinə daxil olmasının reallıq olduğu və digər məsələlər öz əksini tapıb. Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Yusif Məmmədovdur.
URL / WWW
http://kelam.az/news/a-1082.html