Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AMEA prezidenti M.Kərimov: “Təhsillə elm arasında süni qarşıdurma yaradanlarla razılaşmır və onların fikirlərini qəbul etmirik”
28.04.10 21:22

Təəssüf ki, bəzən akademiyanın elmin inkişfındakı uğurunu azaltmağa, onun cəmiyyətdəki nüfuzuna xələl gətirməyə və təhsillə elm arasında süni qarşıdurmalar yaratmağa cəhd göstərənlər var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azrbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov söyləyib. O qeyd edib ki, Elmlər Akademiyasındakı elmin gələcək taleyini düşünən alimlər belə müəlliflərlə razılaşmır, onların fikirlərini qəbul etmirlər. “Mən üzümü tutub bu insanlara xatırlatmaq istəyirəm ki, elm və təhsil ayrılmazdır, bir-birini tamamlayan sahələrdir. Elm və təhsilin birgəliyi olmadan nailiyyətlər, yeni keyfiyyətlər əldə etmək olmaz. Qloballaşan dünyada elm və təhsilin birgə harmoniyası ən vacib şərtlərdəndir. Ona görə də biz, bu iki sahənin harmoniyasına nail olmalıyıq və bütun dünya da buna çalışır. Akademiyanın fəaliyyətinə ən dəyərli qiyməti ulu öndər Heydər Əliyev verib. O, akademiyanı cəmiyyətin milli sərəvti adlandırıb”,-deyən M.Kərimov təhsillə elm arasında süni qarşıdurma yaratmaq istəyənlərə mesajını çatdırıb.
URL / WWW
http://kelam.az/news/a-1070.html