Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Deputat Sankt-Peterburqa gedib
02.11.09 21:10

Milli Məclisin deputatı İlham Məmmədov Sankt-Peterburqda BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak edir. Parlamentin mətbuat xidmətindən bildiriblər ki, seminarda reproduktiv sağlamlıq məsələsi, milli səhiyyə sistemlərində bu strategiyanın tətbiqi və təbliği prinsipləri əsas müzakirə obyekti olacaq, reproduktiv sağlamlığın təbliğat şəbəkəsinin yaradılması məsələsinə baxılacaq. Şərqi Avropa regionundakı mövcud təcrübə nəzərdən keçiriləcək. Deputat İ.Məmmədov seminarda çıxış edərək ölkəmizdə reproduktiv sağlamlığın qanunvericilik bazası, aparılan səhiyyə islahatları sırasında bu sahədə görülən işlər, 2010-2015-ci illərdə Azərbaycanda reproduktiv sağlamlıq üzrə bu il qəbul olunmuş Milli Strategiya barədə ətraflı məlumat verəcək. Seminar noyabrın 4-də başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-104.html