Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU-da “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi
20.04.10 19:16

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, son vaxtlar erməni yalanları, saxta “soyqırımı” iddiaları sistemli hal olaraq aktuallaşıb. Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilərin hər il ənənəvi olaraq bütün dünyada saxta təbliğat apardıqlarını diqqətə çatdıran A.Məhərrəmov bildirib ki, hətta onlar bir sıra hallarda dünyanın bəzi tanınmış şəxslərini də bu təbliğata inandıra bilir və saxta iddiaları parlamentlərin müzakirəsinə çıxarılmasına nail olurlar. Ermənilərin saxta uydurmalarına qarşı və həqətlərimizi dünyaya çatdırmaqla bağlı milli Konsepsiyanın hazırlanmasının zəruri olduğunu diqqətə çatdıran A.Məhərrəmov əlavə edib ki, həmin sənəd dövlət tərəfindən təsdiq olunmalı və onun önündə siyasətçilər durmalıdır. Onun sözlərinə görə, sözügedən Konsepsiya dövlətin strateji xətti olmalıdır. “Bu istiqamətdə gücümüzü birləşdirərək yeni düşüncə ortaya qoymalıyıq”,-deyə A.Məhərrəmov təklifini səsləndirdi. Professor Anar İsgəndərov “1915-ci il həqiqətləri və saxtakarlıq” mövzusunda məruzə ilə çıxış etdi. A.İsgəndərov dünya tarixçilərinin əsərlərindən sitat gətirərək bildirdi ki, 1915-ci ildə heç bir erməni soyqırımı baş verməyib. Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd etdi ki, erməni fitnəkarlığını ifşa etmək və onlara qarşı mübarizə aparmaq üçün dövlətin Müqavimət Proqramı olmalıdır. Sonra millət vəkilləri Fazil Mustafa, Aydın Mirzəzadə və politoloq Mübariz Əhmədoğlu mövzu ətrafında çıxış etdilər. Qeyd edək ki, tədbirdə ermənilərin Qafqaza köçürülməsi, ermənilərin azərbaycanlılara qarşı təcavüzkarlığı əks etdirən film nümayiş olundu.
URL / WWW
http://kelam.az/news/a-1024.html