Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ali təhsil müəssisələrinə imtahanlarla bağlı keçid ballar müəyyənləşdi
20.04.10 19:16

Cari il ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid balları müəyyənləşdirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, III ixtisas qrupunda müsabiqədə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən çox olan abituriyentlər iştirak edəcəklər. “Abituriyentlərin hər imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmamalıdır. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Keçid ballarının aşağı salınacağını indidən demək çətindir. Bu, abituriyentlərin imtahan səviyyəsindən asılı olacaq. Abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək”,-deyə A.Bağırob vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-1022.html