Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və erməni jurnalistləri film çəkirlər
02.11.09 21:10

Azərbaycanlı jurnalistlər erməni həmkarları ilə birgə Qarabağ konflikti haqqında film çəkəcəklər. Avrasiya Əməkdaşlıq Fondu (Eurasia Partnership Foundation) erməni KİV-in nümayəndələri ilə birgə Qarabağ konflikti haqqında film çəkməyə razılıq verən azərbaycanlı jurnalistlərə iki günlük treninq keçib. Böyük Britaniya hökümətinin maliyyələşdirdiyi fondun layihəsinə əsasən iki ildir ki, Bakıda və İrəvanda paralel olaraq KİV nümayəndələrinə treninqlər keçirilir. Layihənin məqsədi Azərbaycan və erməni nəşriyyat orqanları, informasiya agentlikləri, televiziya və radio kanalları arasında ikitərəfli münasibətlərin qurulmasıdır. Müzakirələrin predmeti münaqişədə olan hər iki tərəfin Qarabağ problemini necə işıqlandırmasıdır. Gələn ilin yanvar ayında Tiflisdə azərbaycanlı və erməni jurnaistlər arasında regional görüş də planlaşdırılır. Avrasiya Əməkdaşlıq Fondunun layihəsində iştirak edən jurnalistlər birgə Qarabağ mövzusunda bir neçə sənədli filmlərin çəkilişinə də başlayacaqlar.
URL / WWW
http://kelam.az/news/a-100.html