Dünən yerli vaxtla saat 11.17-də Qəbələ rayon mərkəzindən 24 km cənub-qərbdə 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Qəbələ rayon mərkəzində 2,5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2 bala qədər gücündə hiss olunub.
İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
|