Rusiyanın paytaxtı Moskvanın mərkəzində məşhur azərbaycanlı ifaçı, SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsi ucaldılacaq. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Moskva meri Yuri Lujkov Sərəncam imzalayıb.
Merin Sərəncamında abidənin 2010-2011-ci illərdə şəhərin mərkəzində, Yeliseyev döngəsindəki bağda qoyulacağı qeyd olunur.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi də həmin bağla yanaşı ərazidə yerləşir.
M.Maqomayevin heykəli qranitin üstündə bürünclə işlənir. Abidənin müəllifi memar Aleksandr Rukavişnikovdur. Layihəni tanınmış iş adamı Araz Ağalarovun rəhbəri olduğu “Crocus İnternational” şirkəti maliyyələşdirəcək.
|