Cari il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Gecədə rejissorun uşaqlar üçün çəkdiyi “Asif, Vasif, Ağasif” filminin nümayişi və filmin yaradıcı heyəti ilə görüş keçiriləcək.
|