Cari il aprelin 25-dən 30-dək Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında uşaqların rəsm əsərlərinin sərgisi reallaşacaq. Sərginin təşkilatçısı Ekoloji Plakat Studiyasıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya studiyadan veriblər.
Sərgi uşaqların ekologiyaya münasibəti mövzusundadır. Sərgidə 6-15 yaşlı 35 uşağın əsəri təqdim olunacaq. Burada natürmortlar, qrafik işlər, şüşə üzərində çəkilən rəsm əsərləri, eləcə də parçadan hazırlanan işlər nümayiş etdiriləcək.
|