XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı müxtəlif bölgələrdə silsilə tədbirlər keçiriləcək. Tədbirlər çərçivəsində şairin doğulub boya-başa çatdığı Göyçayda da yubiley mərasimləri təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Göyçay rayon İcra Hakimiyyətindən veriblər.
Göyçayda həmçinin şairin ev-muzeyi də açılacaq.
Qeyd edək ki, R.Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında prezident İlham Əliyev bir müddət əvvəl müvafiq Sərəncam imzalayıb.
|