13-17 may tarixlərində Qazaxıstanın Almatı şəhərində ATƏT Parlament Assambleyasının yaz konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib.
E.İbrahimov bildirib ki, yaz konfransının gündəliyi hələ açıqlanmayıb, amma təşkilatın İqtisadiyyat və İnsan hüquqları komitələrində bir sıra məsələlər müzakirə olunacaq. E.İbrahimov yaxın vaxtlarda konfransın gündəliyinin açıqlanacağını vurğulayıb.
|