Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert Muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərginin açılış mərasimi noyabrın 5-də saat 12.00-da keçiriləcək. Sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdiriləcək. Qeyd edilən sərgi 2009-cu il noyabr ayının 5-dən, 2010-cu il mart ayının 3-ə qədər davam edəcək.
|