Sabah BMT-nin Baş katibi Pan Gi Mun Orta Asiya ölkələrinə səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər Türkmənistandan başlayacaq. Pan Gi Mun Aşqabadda Türkmənistan hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq, eləcə də BMT-nin preventiv demokratiya üzrə Regional Mərkəzinə baş çəkəcək.
Türkmənistandan sonra BMT Baş katibinin Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstana səfər edəcəyi gözlənilir.
|