Bakı Dövlət Universitetinin (BDU) noyabrın 2-də dövlət səviyyəsində keçiriləcək yubiley tədbirinə dünyanın 20-ə yaxın ölkəsindən müxtəlif ali təhsil ocaqlarının rektorları qatılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə musahibəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov verib. A.Məhərrəmov qeyd edib ki, Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Türkiyənin müxtəlif aparıcı universitetlərin rektorlarının da qatılacağı konfransa bütövlükdə müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə heyəti gələcək. Onun sözlərinə görə. nümayəndə heyətləri arasında Avropa və Amerikadan da qonaqlar olacaq.
|