Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün - miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi təsis edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, AR Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib.
Azərbaycan prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir.
|