Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin mövzusu “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” olacaq.
Məqalə 7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Başqa müsabiqələrdə iştirak edən yazılar qəbul olunmur.
Müsabiqəyə məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılan surəti - çap versiyası, məqalənin əlyazması (müəllif imzası olmadan) – 3 nüsxə, şrift Times News Roman – 12, məqalənin elektron variantı təqdim edilməlidir. Müsabiqəyə şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış, VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) əlavə edilməlidir.
Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur.
I yer üçün (2 mükafat) – hər biri 1000 AZN, II yer (2 mükafat) – hər biri 800 AZN, III yer (2 mükafat) – hər biri 500 AZN-dir.
Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində 10 həvəsləndirici mükafat veriləcək.
İddiaçılar məqalə və sənədlərini 1 iyul 2010-cu ilədək Şuranın katibliyinə təqdim edə bilərlər.
|