Mədəniyyət və Turizm Nazirliyi cari ilin may ayında Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir. Birinci qrupa 9-11 yaş, ikinci qrupa 12-14 yaş, üçüncü qrupa isə 15-17 yaş kateqoriyaları aiddir. Müsabiqə 2 turdan ibarət olacaq.
|