Azərbaycan beynəlxalq miqyasda hörmət edilən bir dövlətdir. Bu fikirləri Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malik söyləyib.
O qeyd edib ki, Azərbaycanın belə hörmətə layiq olmasının qiymətləndirilməsi onun regionda olan müsbət roluna dəlalət edir. “Mənə elə gəlir ki, Azərbaycanın regionda baş verən problemlərdə iştirakı həm bu ölkə, həm də Fələstin üçün vacibdir”,-deyə o əlavə edib.
Regionla bağı məsələdən bəhs edən Azərbaycan xarici işlər naziri E.Məmədyarov isə bildirib ki, Yaxın Şərq probleminin aradan qaldırılmasında Azərbaycan imkanı olan qədər vasitəçiliyə hazırdır.
|