Bu gün Gənclər və İdman Nazirliyi Azərbaycanda “Bədən tərbiyəsi və İdman Günü” ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib. KƏLAMİNFO xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov və bir qurup idmançı ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Bu gün həmçinin “Bədən tərbiyəsi və İdman Günü” ilə əlaqədar Milli Parkda nümunəvi çıxışlar nəzərdə tutulub.
Qeyd edək ki, 2005-ci il martın 5-də prezident İlham Əliyev Azərbaycanda İdman gününün qeyd olunması ilə əlaqədar Sərancam imzalayıb.
|