Azərbaycanda səfərdə olan Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
D.Kirkitadze jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar.
Qubernator Azərbaycan hökumətinə Gürcüstanda yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
|